® Bakıda “Tuborg” pivəsinin rəsmi təqdimatı keçirilib - FOTO

<font color=red>® </font>Bakıda “Tuborg” pivəsinin rəsmi təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 09 aprel 2013 09:03 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, qeyri-adi formatda təşkil olunan tədbirdə dəvət edilmiş qonaqlara “Tuborg”un bu yaxınlarda ölkənin telekanallarında veriləcək reklam çarxı nümayiş etdirilib, eyni zamanda pivənin tarixindən və dad xüsusiyyətlərindən danışılıb.


“Tuborg” Azərbaycan bazarında 1873-cü ildən etibarən “Tuborg” pivəsinin istehsalçısı olan “Carslberg Group” şirkətinin strateji partnyoru - “Baltika-Bakı” şirkəti tərəfindən təmsil olunur. Bu məhsul hazırda dünyanın 70-dən çox ölkəsində satılır.


Azərbaycanda “Tuborg” pivəsi bütün dünya üçün tam yeni formatda təqdim olunub, bu format “Tuborg”un uzun müddətdir satıldığı bir çox ölkələrdə hələ buraxılmayıb. Orijinal etiketə və “Fürsətlərə açıl!” (“Open for more!”) şüarı brendin əsas ideyasıdır.


“Tuborg” - parlaq həyatı, aktiv istirahəti və musiqini sevən gənc və fəal insanların pivəsidir. Uzun illərdir ki, “Tuborg” pivəsi bütün dünyada yaxşı və keyfiyyətli musiqi ilə assosiasiya edilir. “Tuborg” - dünyaca məşhur bir çox ulduzların, eləcə də tamaşaçıların toplandığı dünya əhəmiyyətli beynəlxalq “Greenfest” musiqi festivalının təşkilatçısıdır. “Tuborg” həmçinin bir çox musiqi tədbirlərin sponsorudur və artıq Azərbaycanda pivə və musiqi həvəskarları üçün sürprizlər hazırlayıb.


Qeyd edək ki, tədbir zamanı iştirakçılar arasında mini-viktorina keçirilib. “Tuborg”la bağlı suallara düzgün cavab verən iştirakçılara “Baltika-Bakı” şirkəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.


Təqdimat mərasimi başa çatdıqdan sonra iştirakçılar “Tuborg” pivəsinin dadına baxa bilib, “brend wall”un fonunda şəkil çəkdiriblər.


Xatırladaq ki, “Tuborg” pivəsi Azərbaycanın bütün yerlərində satışa buraxılıb. Bundan başqa, pivəni istənilən restoran, klub və ya pabda sifariş etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR