Bank Of Baku

Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb - YENİLƏNİB

Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb  - YENİLƏNİB
# 16 avqust 2026 12:33 (UTC +04:00)

Beyləqanda Yuxarı Qarabağ kanalında suda boğulan şəxsin meyiti tapılıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə ötən gün baş verib.

2007-ci il təvəllüdlü Beyləqan rayon sakini Rəvanə Hümayətəliyeva Yuxarı Qarabağ kanalında çimərkən suda boğulub.

Axtarış tədbirləri nəticəsində onun meyiti bu gün hadisənin baş verdiyi ərazidən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

10:41

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR