Elmar Məmmədyarov Vuk Yeremiçlə görüşüb

Elmar Məmmədyarov Vuk Yeremiçlə görüşüb
# 11 fevral 2013 23:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələrdə mülki şəxslərin mühafizəsi" mövzusunda carı il fevral ayının 12-də keçirilməsi nəzərdə tutulan açıq müzakirələrində iştirak etmək üçün Nyu-Yorka səfərdədir. Bu barədə APA Azərbaycanın BMT yanında daimi nümayəndəliyinə istinadən məlumat verir.

Fevralın 11-də E.Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiç ilə görüşüb.

Görüş zamanı, Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf etdirilməsi perspektivləri, eləcə də bu əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Azərbaycanın xarici işlər naziri həmsöhbətinə Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması istiqamətində göstərilən səylər barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR