Paşha Bank
Bank Of Baku

“Azərbaycan Vətənpərvərlər” İB-nin sədri və əməkdaşı hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs olunub

“Azərbaycan Vətənpərvərlər” İB-nin sədri və əməkdaşı hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs olunub
# 09 oktyabr 2026 12:42 (UTC +04:00)

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və əməkdaşı Səbuhi Məmmədov həbs edilib.

APA-nın məlumatına görə, E.Mahmudzadə və S.Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR