Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı silsilə tədbirləri davam etdirir

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı silsilə tədbirləri davam etdirir
# 28 fevral 2013 00:42 (UTC +04:00)

Bakı-APA. Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 27 fevral tarixində Ankarada Rəsm Heykəl Muzeyinin böyük teatr zalında Türkiyə Dövlət İşçiləri İnkişaf və Həmrəylik Fondu (TÜRKAV) ilə birgə geniş tərkibli konfrans və xatirə tədbiri həyata keçirilib. Bu barədə APA Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən məlumat verir.

Tədbirdə, Azərbaycan səfirliyinin əməkdaşları, MHP-nin sədr müavini millət vəkili Atilla Kaya başda olmaqla çox sayda türkiyəli millət vəkili, AMEA-nın Tarix İnstitutunun Müdiri millət vəkili Prof. Yaqub Mahmudov, AMEA-dan Cəbi Bəhramov, Xocalıya Ədalət Beynəlxalq İmza Kampaniyasının Türkiyə Təmsilçisi Gözde Kılıç, Ankarada təhsil alan tələbələrimiz, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri iştirak ediblər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamış, ilk olaraq MHP-nin Sədri Devlet Baxçalının mesajı oxunub. Mesajda, Xocalı Soyqırımının ağrı və acısının bölüşüldüyü qeyd olunub, qatil Sarkisyan sərt bir şəkildə tənqid olunaraq, "hamımız erməniyik" deyənlər və qatillərin əlini sıxanların da Xocalıda qətlə yetirilən məsum insanların qatili hesab edilə biləcəkləri fikri dilə gətirilib. Ardından şəhidlərimizin əziz ruhlarına Quranı Kərim oxunmuş və dualar edilib.

Sonra Xocalı sakinlərinin müsahibələrindən ibarət bir sənədli film nümayiş etdirilib.

Daha sonra çıxış üçün söz sırası ilə, TÜRKAV-ın Ankara nümayəndəsi Afşin Hatipoğlu, TÜRKAV-ın Baş Katibi Sinan Yüksel, Səfirliyimizin Konsulu Şöhrət Mustafayev, MHP-nin Sədr müavini millət vəkili Atilla Kaya, AMEA-nın Tarix İnstitutunun müdiri millət vəkili Prof. Yaqub Mahmudov, AMEA-dan Cəbi Bəhramov, Xocalıya Ədalət Beynəlxalq İmza Kampaniyasının Türkiyə Təmsilçisi Gözde Kılıç və Qazi Universitetinin Professoru Cəmaləddin Taşkırana verilib.

MHP-nin sədr müavini millət vəkili Atilla Kaya öz çıxışında yenidən Ermənistanın prezidenti seçilən Serj Sarkisyanı TR Prezidenti Abdullah Gülün "tələsik" təbrikini sərt bir şəkildə tənqid edərək Sarkisyan rejimini "terrorçu bir dəstə" adlandırıb.

Çıxışların ardından İctimai televiziya və TRT tərəfindən Xocalı Soyqırımı ilə bağlı hazırlanmış müfəssəl sənədli film nümayiş etdirilib.

Sonra, Qarabağ və Azərbaycan mövzularında, vətənpərvərlik ruhunda müxtəlif şerlər səsləndirilmiş və bununla tədbir başa çatıb.

Tədbir çərçivəsində Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş foto-sərgi də iştirakçılara nümayiş etdirilib, onlara Xocalı Soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunub.

Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində fevralın 27-də həmçinin Ankarada yerləşən Polis Akademiyasında da xatirə tədbiri həyata keçirilib.

Tədbirdə səfir Faiq Bağırov başda olmaqla Səfirliyimizin əməkdaşları, millət vəkili Musa Qasımlı, Polis Akademiyasının Təhlükəsizlik Elmləri Fakültəsinin Dekanı Murat Kurt, Azərbaycanın Milli Qəhrəmanı İsmayıl Tunç, Polis Akademiyasında təhsil alan azərbaycanlı tələbələrimiz, həmin təhsil ocağında təhsil alan 16 ölkədən olan tələbələr və diaspor nümayəndələrimiz iştirak ediblər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamış və ilk olaraq Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.

Polis Akademiyasında təhsil alan azərbaycanlı tələbələrimiz adından bir nümayəndənin çıxışının ardından sırası ilə söz millət vəkili Musa Qasımlı, Milli Qəhrəmanımız İsmayıl Tunç və səfir Faiq Bağırova verilib. Natiqlər öz çıxışlarında Xocalı Soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs ediblər, bir daha bu kimi cinayətlərin törədilməməsi üçün atılması zəruri olan addımlarla bağlı əsaslı tezislər irəli sürüblər.

Tədbir çərçivəsində Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş foto-sərgi də iştirakçılara nümayiş etdirilib, onlara Xocalı Soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR