Xaçmazda SMDT-nin tədbir keçirməsinə imkan verilməyib

Xaçmazda SMDT-nin tədbir keçirməsinə imkan verilməyib
# 12 fevral 2013 11:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Xaçmazda keçirdiyi tədbirə polis müdaxilə edib.

SMDT-nın icraçı direktoru Bəşir Süleymanlının APA-ya verdiyi məlumata görə, SMDT Xaçmaz rayonunda bu gündən 2 günlük təlimə başlayıb. Bu gün səhər təlimin keçirildiyi “Sahil” otelində Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları müdaxilə edib. Nəticədə SMDT üzvlərinin kompüterləri və sənədləri götürülüb, təlimçilər Cavid Nəbiyev və Günay İsmayılova polis şöbəsinə aparılıb.

Xaçmaz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün səhər “ Araz” otelinə həmin otelin sahibinin müraciəti əsasında gediblər. Müraciətdə SMDT üzvlərinin həmin oteldə otel sahibinin icazəsi olmadan tədbir keçirdikləri bildirilib. Polis müdaxiləsi nəticəsində müqavimət göstərən tədbir iştirakçıları şöbəyə gətiriliblər.

Saxlanılan şəxslərlə bağlı hansı qərarın veriləcəyi hələlik açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR