İran parlamentinin sədri Qumda Əhmədinejad tərəfdarlarının etiraz aksiyası ilə qarşılaşıb

İran parlamentinin sədri Qumda Əhmədinejad tərəfdarlarının etiraz aksiyası ilə qarşılaşıb
# 11 fevral 2013 08:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran parlamentinin sədri Əli Laricani seçki bölgəsi olan Qum şəhərində prezident Mahmud Əhmədinejadın tərəfdarlarının etirazları ilə üzləşib. APA-nın məlumatına görə, Ə. Laricani fevralın 10-da Qum şəhərində 1979-cu il İslam inqilabının 34-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən prezident Mahmud Əhmədinejadın yüzlərlə tərəfdarı ona doğru ayaqqabı atıb. Nəticədə Laricani çıxışını yarımçıq kəsib və mühafizəçiləri dərhal onu tribunadan uzaqlaşdırıblar.

Qeyd edək ki, fevralın 3-də İran parlamentində sabiq əmək, kooperasiya və sosial rifah naziri Əbdülrza Şeyxülislaminin dindirilməsi zamanı prezidentlə spiker arasında siyasi qalmaqal baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR