Tiflisdə yanacaqla dolu 4 vaqon aşıb

Tiflisdə yanacaqla dolu 4 vaqon aşıb
# 08 aprel 2013 08:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə yanacaqla dolu 4 vaqon aşıb, 150 ton dizel yanacağı ətrafa dağılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis şəhər Fövqəladə Hallar Departamentinin rəisi Temur Giorqadze hazırda təhlükəsizlik tədbirləri görüldüyünü deyib. O bildirib ki, yükün kimə məxsus olduğu hələlik müəyyənləşməyib: “Qatar Kaxeti tərəfdən gəlib. Mən yalnız bunu bilirəm. Yanacağın kimə məxsus olduğunu isə dəqiqləşdirmək lazımdır. Biz indi dizel yanacağının ətraf əraziyə yayılmaması üçün bütün gücümüzü səfərbər etmişik. Hadisə yerində polis də çalışır, hadisənin səbəbi araşdırılır.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR