Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
***
18:28
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
17.22
Cəlilabadda quru otluq ərazidə yanğın başlayıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın Ələt-Astara yolunun ətrafında qeydə alınıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.