Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Pakistana gedəcək

Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Pakistana gedəcək
# 08 fevral 2013 15:25 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

İslamabad şəhərində keçiriləcək İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul ediləcək və bir sıra təşkilatı məsələlərə baxılacaq. O.Əsədov tədbirdə çıxış edərək təşkilata üzv dövlətlər arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi barədə fikirlərini bildirəcək. Səfər çərçivəsində parlament sədrinin toplantıda iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin, ikitərəfli əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR