Paşha Bank
Bank Of Baku

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib
# 08 aprel 2019 15:11 (UTC +04:00)

 

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib. ONA-nın əldə etdiyi xəbərə görə, müğənni faktla bağlı polisə müraciət edib. 

Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

ONA hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR