Bank Of Baku

"Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresinin açılışı keçirilib

 "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresinin açılışı keçirilib
# 08 iyun 2019 15:02 (UTC +04:00)

Bu gün Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransının açılışı keçirilib.  

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri"  IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransının iştirakçılarına təbrik məktubu oxunub.

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki,  Azərbaycanda ilk ürək əməliyyatı 40 il əvvəl -1979-cu ildə aparılıb: "Sovetlər birliyinin dağılması bu prosesi zəiflətdi. Mərkəzi Klinik Xəstəxana ona yeni nəfəs verdi, 2000-cı ildən Azərbaycanda yenidən açıq ürək əməliyyatları həyata keçirilməyə başlanıldı, daha sonra ürək əməliyyatları aparan xəstəxanaların sayı artdı.  Artıq respublikanın rayonlarında da bu əməliyyat həyata keçirilir".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu gün Azərbaycanda ürək-cərrahiyyəsi sahəsində əldə edilən uğurlar çox sevindiricidir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR