"Bank Melli İran Baku" III rübü mənfəətlə başa vurub

"Bank Melli İran Baku" III rübü mənfəətlə başa vurub
# 26 oktyabr 2015 06:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2015-ci ilin III rübündə 85,189 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,23% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 89,17% artaraq 9,8 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 2,42 dəfə artaraq 51,323 mln. manat, nizamnamə kapitalı isə 2,3 dəfə artaraq 51,434 mln. manat təşkil edib.

Cari ilin 9 ayını bank 695,571 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR