Bank Of Baku

Daşkəsəndə yol qəzasında 2 nəfər xəsarət alıb

Daşkəsəndə yol qəzasında 2 nəfər xəsarət alıb
# 20 aprel 2026 11:38 (UTC +04:00)

Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda qeydə alınıb. "QAZel" markalı yük maşını ilə minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:30 radələrində Daşkəsən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, 1984-cü il təvəllüdlü və 2001-ci il təvəllüdlü şəxslərə qabırğanın sınığı, döş qəfəsinin əzilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR