Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib

Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib
# 24 yanvar 2013 21:31 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda ötən gün axşam saatlarında bir neçə yanğın hadisəsi baş verib. APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Hirkan qəsəbəsində (rayon mərkəzindən 15 km aralı) vətəndaş tərəfindən icarəyə götürülən ümumi sahəsi 28 kv.m. olan çay mağazasının yanar konstruksiyaları yanıb. Yanğından yaxınlıqdakı mağazalar mühafziə olunub.

Bundan əlavə, Ucar rayonu, Müsüslü kəndində (rayon mərkəzindən 32 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 hektar sahədə kol-kos yanıb. Yaxınlıqdakı quşçuluq ferması yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Samux rayonunda qeydə alınıb. Samux rayonu, Qarabağlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 5 hektar qamışlıq, 2 hektar otlaq sahə və vətəndaşa məxsus bağ sahəsində 1 hektar xurma ağacları yanmışdır. Yaxınlıqdakı otlaq sahələr va xurma bağları yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR