Ceyms Uorlik: “Münaqişənin həlli ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır”

Ceyms Uorlik: “Münaqişənin həlli ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır”
# 17 sentyabr 2014 11:52 (UTC +04:00)

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, prinsiplər özlüyündə güc tətbiq olunmamasını, ərazi bütövlüyünü və eyni zamanda xalqların öz müqəddəratını təyinetmə hüququnu ehtiva edir: “Münaqişənin nizamlanması bu prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr dayanıqlı həllə nail olmaq üçün tərəflərlə işləməyə davam etməlidir”.

Amerikalı həmsədr qeyd edib ki, dinc və azad Avropa ideyasına sadiq qalan NATO Dağlıq Qarabağ münaqişəsinin də həllini istəyir. O xatırladıb ki, sözügedən sənəddə NATO münaqişəli tərəfləri mövcud formatda qalmaqla, nizamlanma üzərində işləməyə çağırır: “Məhz o formatda ki, tərəflər razılaşıb və qəbul edib – bu, ATƏT-in Minsk Qrupudur. Biz ümid edirik ki, münaqişənin həlli üçün bütün tərəflər bizimlə konstruktiv əməkdaşlıq edəcək”.

Qeyd edək ki, NATO-nun yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Ermənistan tərəfindən tənqid olunmuşdu.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR