Bank Of Baku

Dövlət Komissiyası: Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 675 xəstə müalicə alır

Dövlət Komissiyası: Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 675 xəstə müalicə alır
# 14 sentyabr 2026 15:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 62227 nəfər istiqamətləndirilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4397 nəfərdən 2173 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 675 xəstə müalicə alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR