Ötən il Azərbaycanda yük daşımaları 3,5%, sərnişin daşımaları 8,4% artıb

Ötən il Azərbaycanda yük daşımaları 3,5%, sərnişin daşımaları 8,4% artıb
# 26 yanvar 2013 08:56 (UTC +04:00)

Bakı-APA-Economics. Ötən il Azərbaycanın nəqliyyat sektorunda yük daşımaları 3,5%, sərnişin daşımaları isə 8,4% artıb. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən bildirilib.

2012-ci ildə nəqliyyat sektorunda bütün növ nəqliyyat vasitələri ilə 210,6 milyon ton, yəni əvvəlki ilə nisbətən 3,5% çox yük, 1,6 mlrd. nəfər, yəni 8,4% çox sərnişin daşınıb.

Yüklərin 22,9 mln. tonu və ya 10,9%-i dəmir yolu, 12,4 mln. tonu və ya 5,9%-i su, 118,1 mln. ton və ya 56,1%i avtomobil nəqliyyatı ilə daşınıb. 57,2 mln. tonu və ya 27,1%-i isə boru kəmərləri vasitəsilə nəql edilib.

2012-ci ildə ölkədə sərnişinlərin 1417,4 mln. nəfəri və ya 88,6%-i avtomobil, 2,7 mln. nəfəri və ya 0,17%-i dəmir yolu, 1,6 mln. nəfəri və ya 0,1%-i hava nəqliyyatı, 195,6 mln. nəfəri və ya 12,2%-i metro nəqliyyatı ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR