Ermənistanda gömrük məntəqəsinin rəis müavini həbs olunub

Ermənistanda gömrük məntəqəsinin rəis müavini həbs olunub
# 21 iyul 2015 16:04 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “Baqrataşen” gömrük məntəqəsinin rəis müavini Artuş Qulyan böyük məbləğdə rüşvət alarkən tutulub.

A. Qulyan “Amalya Adamyan” şirkərinin Fransa və İtaliyadan gətirilən ətirləri şəxsi yük kimi sənədləşdirib.

Qeyd edək ki, hadisə 2007-ci ildə baş verib. A. Qulyan sözügedən şirkətin nümayəndələrindən 5,3 min dollar rüşvət alıb. İttihamın irəli sürülməsinə baxmayaraq, A. Qulyan ədalət mühakiməsindən qaça bilib.

Bu ilin aprel ayında A. Qulyan könüllü polisə təslim olub. O, həbs olunub. Cinayət işi artıq məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR