Səfir Tamerlan Qarayev İndoneziya Müdafiə Nazirliyinin baş katibi ilə görüşüb - FOTO

Səfir Tamerlan Qarayev İndoneziya Müdafiə Nazirliyinin baş katibi ilə görüşüb - <span style="color: red;">FOTO
# 01 fevral 2013 16:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryanto ilə görüşüb. Bu barədə APA İndoneziya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin İndoneziyaya səfəri ilə bağlı müzakirələr də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR