İsmət Abasov Monteneqronun kənd təsərrüfatı və kəndin inkişafı naziri ilə görüşüb - FOTO

İsmət Abasov Monteneqronun kənd təsərrüfatı və kəndin inkişafı naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 08 aprel 2013 16:51 (UTC +04:00)

Bakı – APA. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Monteneqronun kənd təsərrüfatı və kəndin inkişafı naziri Petar İvanoviçlə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

P. İvanoviç Monteneqronun kənd təsərrüfatının mövcud vəziyyəti, investisiya tələb olunan sahələr barədə ətraflı məlumat verib.

İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair ikitərəfli sazişin tezliklə imzalanması üçün səylərini əsirgəməyəcəyini bildirən qonaq İ. Abasovu Monteneqroya səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR