AŞ PA-nın qarşısında Ermənistan əleyhinə etiraz aksiyası keçiriləcək

AŞ PA-nın qarşısında Ermənistan əleyhinə etiraz aksiyası keçiriləcək
# 21 aprel 2013 19:15 (UTC +04:00)

Straburq. Fuad Qulubəyli-APA. Aprelin 22-də Strasburqda Avropa Şurası parlament Asssambleyası (AŞ PA) binası qarşısında Ermənistan əleyhinə etiraz aksiyası keçiriləcək.

Hüquq müdafiəçisi Eynulla Fətullayevin APA-ya verdiyi məlumata görə, yerli vaxtla saat 10:30-da başlayacaq etiraz aksiyasının təşkilatçıları insan haqlarının müdafiəsi ilə məşğul olan İnsan Haqları Uğrunda İctimai Birlik və Fransanın Strasburq şəhərində yaşayan türk və Azərbaycan icmasının üzvləridir.

Qeyd edək ki, etiraz aksiyasında bu il fevralın 18-də Ermənistanda keçirilmiş total saxtakarlıq və qanun pozuntularına və dövlət terroruna etiraz ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR