Güclü qar Praqada nəqliyyatın hərəkətini iflic edib

Güclü qar Praqada nəqliyyatın hərəkətini iflic edib
# 23 fevral 2013 19:28 (UTC +04:00)

Bakı-APA. Güclü qar Çexiyanın paytaxtı Praqa şəhərində nəqliyyatın hərəkətini iflic edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, şəhərin müxtəlif rayonlarında gün ərzində 30 santimetrədək qar yağıb.

Qarın təmizlənməsi üçün küçələrə 126 ədəd texnika çıxarılıb. Tramvaylar saatda 30 kilometrədək sürətlə hərəkət edir. İctimai nəqliyyatın hərəkətində fasilələr yaranıb. Gün ərzində paytaxt yollarında 80-ə yaxın yol nəqliyyat hadisəsi qeydə alınıb.

Güclü qar Slovakiyada da nəqliyyatın hərəkətini iflic edib. Bratislava və Nitre şəhərlərində nəqliyyatın hərəkəti tamamilə iflic olub.

Sinoptiklərin proqnozlarına görə, güclü qar fevralın 24-də səngiməyə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR