Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İspaniya jurnalistlərini qəbul edib

Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İspaniya jurnalistlərini qəbul edib
# 01 may 2013 11:29 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın KİV nümayəndələrini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə.Qarayev "Agencia EFE", "EL Pais", "Cinco Dias" və "EL Economista" nəşrlərini təmsil edən jurnalistlərə son illər ərzində Azərbaycan turizminin İspaniyada təbliğatı sahəsində görülən işlər barədə qonaqlara məlumat verib.

Cari ilin əvvəlində İspaniyaya səfəri haqqında danışan nazir "FİTUR" Beynəlxalq Turizm Sərgisi zamanı İspaniyanın ayrı-ayrılıqda mədəniyyət və turizm nazirləri ilə keçirilmiş görüşlərin uğurlu nəticələrindən söz açıb.


Ə.Qarayev həmçinin "Atletico Madrid" futbol komandasının oyunları zamanı Azərbaycanın təbliğatının ümumilikdə ölkəmizin İspaniyada geniş şəkildə tanınmasına xidmət etdiyini qeyd edib.

Görüşün sonunda qonaqlara Azərbaycanın turizm potensialını əks etdirən ispan dilində reklam-çap məhsulları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR