ARDNŞ: Bu ayın sonuna qədər DESFA-nın 66% səhmlərinin alması ilə bağlı sazişin imzalanacağı gözlənilir

ARDNŞ: Bu ayın sonuna qədər DESFA-nın 66% səhmlərinin alması ilə bağlı sazişin imzalanacağı gözlənilir
# 09 sentyabr 2014 10:59 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

“Avropada bu cür sazişlərin əldə olunması uzun prosesdir. Burada Yunanıstan tərəfinin razılığı ilə bərabər, Avropa İttifaqının də razılığı olmalıdır. Hesab edirik ki, DESFA-nın səhmlərinin ARDNŞ tərəfindən əldə olunması proseduru sentyabr ayının sonuna qədər yekun qərar veriləcək”.

Xatırladaq ki, ötən il dekabrın 21-də ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66%-nin alınması üzrə Yunanıstan tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. İmzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. DESFA şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR