Bakıda istifadə müddəti bitmiş tikinti materialları aşkarlanıb

Bakıda istifadə müddəti bitmiş tikinti materialları aşkarlanıb
# 30 yanvar 2013 10:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda istifadə müddəti bitmiş tikinti materialları aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyin (DİN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xırdalan şəhərindəki "FAB Yusif İnşaat" tikinti materiallarının satışı mağazasının satıcısı Vüsal Məmmədovun və Bakı şəhəri G. Mehmandarov küçəsindəki tikinti materialları mağazasının satıcısı, şəhər sakini Natiq İbrahimovun alıcılara yararlılıq və istifadə müddəti bitən, müvafiq olaraq 145 manat və 99 manat 50 qəpik dəyərində boyalar sataraq onları aldatmaları barədə əməliyyat məlumatı daxil olub.

Mağazalara baxış keçirilib və külli miqdarda yararlılıq və istifadə müddəti bitən müxtəlif tikinti malları aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR