«Filiz» şadlıq sarayının əmlakı vergi borcuna görə siyahıya alınıb

«Filiz» şadlıq sarayının əmlakı vergi borcuna görə siyahıya alınıb
# 05 aprel 2013 13:08 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti vergi borclarının alınması şöbəsinin əməkdaşları paytaxtın Yasamal rayonu, B.Səfəroğlu küçəsi,133 ünvanında yerləşən, fiziki şəxs Kazım Böyükağa oğlu Axundova məxsus ərzaq mağazasında əmlakı siyahıya alıblar. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, buna səbəb K.Axundovun vergi borcunu ödəməməsi olub. Belə ki, vergi orqanı əməkdaşları fiziki şəxsin fəaliyyətini araşdıranda, onun 8 163 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu il yanvarın 31-də yaranmış vergi borcu ilə əlaqədar ona bildiriş göndərilib, amma borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən K.Axundovun bank hesabına sərəncam qoyulub.

Bu il martın 2-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Mağaza sahibi borcun 1 700 manat məbləğində olan hissəsini yerindəcə ödədiyindən, 6 732 manat məbləğində ərzaq məhsulları müəyyən edilmiş qaydaya uyğun olaraq siyahıya alınıb.

Həmin gün Yasamal rayonu, A.Şərifzadə küçəsi,2 ünvanında yerləşən Zeynalabdin Abbas oğlu Abbasova məxsus «Filiz» şadlıq sarayında da əmlakın siyahıya alınması tədbiri keçirilib, vergi ödəyicisinin 1 005 manatlıq borcu müqabilində obyektdəki 1 140 manat məbləğində mebel avadanlıqları müvafiq qaydada siyahıya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR