Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib
# 09 may 2015 04:25 (UTC +04:00)

Bakı-APA. Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü Həsənov Nizami Müseyib oğlu xəsarət alaraq nəqliyyat vasitəsində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər N.Həsənovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:49-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR