«Dəmirbank»da əmanətlərin həcmi 27% artıb

«Dəmirbank»da əmanətlərin həcmi 27% artıb
# 22 fevral 2013 14:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nın aktivləri fevralın 1-nə 367,7 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,5% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 4,5% artaraq 277,6 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 158,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 134,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 27,3% çoxdur.

Bankın nizamnamə kapitalı fevralın 1-nə 21 mln. manat, məcmu kapitalı isə 56 mln. manat olub.

Qeyd edək ki, «Dəmirbank» ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR