Əli Əkbər Salehi: “İranın nüvə proqramına siyasi yanaşma problemin həllini çətinləşdirib”

Əli Əkbər Salehi: “İranın nüvə proqramına siyasi yanaşma problemin həllini çətinləşdirib”
# 13 fevral 2013 00:38 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın “Fordo” nüvə obyektinin fəaliyyətinə nəzarət edir”. APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi açıqlama verib. O bildirib ki, İran daha əvvəldən nüvə reaktoru üçün nüvə yanacağını özünün istehsal edəcəyini deyib: “Biz demişdik ki, nüvə yanacağı almaq bizim də haqqımızdır və əgər bu yanacağı almağımıza mane olsalar, onu 20 faizədək zənginləşdirilmiş urandan özümüz istehsal edəcəyik. Təkrar xatırlatmaq istəyirəm ki, İranın nüvə reaktoru tibbi məqsədlər üçün nəzərdə tutulub və nüvə yanacağının istehsalı AEBA-nın nəzarəti altında həyata keçirilir”.

Ə.Ə.Salehi əlavə edib ki, İranın nüvə probleminə texniki, siyasi və hüquqi olmaqla 3 nəzər nöqtəsindən yanaşmaq olar: “Əgər məsələyə texniki baxımdan yanaşılsa, nüvə fəaliyyətimizdə heç bir problem yoxdur və bunu ekspertlər də yaxşı bilir. Lakin mövzuya siyasi aspektin də əlavə edilməsi problemin həllini çətinləşdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR