ABŞ-ın Azərbaycandakı səfirliyi sabah Bakıda keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-ın Azərbaycandakı səfirliyi sabah Bakıda keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib
# 09 mart 2013 08:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, səfirliyin yaydığı müraciətdə ABŞ-ın Azərbaycandakı vətəndaşları aksiyanın keçiriləcəyi yerdən uzaq olmağa, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə ehtiyatlı olmağa və yerli xəbər stansiyalarının elanlarını izləməyə çağırılıb.

Qeyd edək ki, martın 10-da Bakıda bir qrup gənc “Əsgər ölümünə son!” şüarı ilə aksiya keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR