Qanunsuz yolla odlu silah əldə etməkdə və digər cinayətlərdə təqsirləndirilən hərbçilərə hökm oxunub

Qanunsuz yolla odlu silah əldə etməkdə və digər cinayətlərdə təqsirləndirilən hərbçilərə hökm oxunub
# 31 yanvar 2013 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fizuli Hərbi Məhkəməsində qanunsuz yolla odlu silah əldə etməkdə və istifadədə, həmçinin digər cinayətlərdə təqsirləndirilən hərbiçilərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Davud Əkbərov, Babayev Baba, Elgün Qafarov və Xalid Şirməmmədovun hər biri 5 il 4 ay, Razim Əhmədov 3 il 2 ay, Rəşad Alzaxov isə 1 il sınaq müddəti olmaqla 4 il şərti azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən şəxs - Hüseyn İsmayılovun barəsində isə 1 il müddətinə islah işləri ilə məşğul olma cəzası təyin edib.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma), 232-ci (odlu silah , döyüş sursatı talama və ya hədə-qorxu ilə tələb etmə), 336-cı (qarovul xidmətinin nizamnamə qaydalarını pozma) maddələrinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR