Azərbaycanın nəqliyyat sektorunda yanvarda yükdaşıma azalıb

Azərbaycanın nəqliyyat sektorunda yanvarda yükdaşıma azalıb
# 18 fevral 2013 06:51 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 16,4 mln. ton yük və 124,5 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin müvafiq dövrünə nisbətən yük daşınması 0,5% azalıb, sərnişin daşınması isə 8,7% artıb.

Yük daşınması avtomobil nəqliyyatı ilə 7,6%, hava nəqliyyatı ilə 12,9%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8,5%, metro ilə 10,6%, dəniz nəqliyyatı ilə 10%, hava nəqliyyatı ilə isə 11,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR