Bank Of Baku

Gəncədə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 06 may 2026 20:14 (UTC +04:00)

Gəncədə dava zamanı gənc oğlanı bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

TƏBİB-dən APA-ya verilən xəbərə görə. mayın 6-da saat 19:10 radələrində 4 nəfər (3 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***
19:42


Gəncədə kütləvi dava olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü S.Huseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova digər xəsarətlərlə xəstəxanaya yeləşdirilib.

Onlara ilkin tibbi yardım edilib.

İlkin məluamata görə, ailələr arasında qız qaçırmaq istəyən zaman dava düşüb. Bu zaman 3 nəfər döyülüb, bir nəfər bıçaqlanıb.

Fakt polis əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR