Hindistanda 400 nəfər “donuz qripi”nin qurbanı olub

Hindistanda 400 nəfər “donuz qripi”nin qurbanı olub
# 11 fevral 2015 19:43 (UTC +04:00)

Bakı-APA. Hindistanda ilin əvvəlindən azı 407 nəfər “donuz qripi” virusundan (H1N1) ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Hindistanın səhiyyə nazirliyi bəyan edib.

Virusa yoluxanların sayı isə 5 507-yə çatıb. Ən çox xəstələnənlər paytaxt Dehli və ölkənin qərbindəki Qucarat ştatının sakinləridir. Turistlər arasında populyar olan Qoa və Kerala ştatlarında da bir neçə yoluxma halı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR