Mövlud Çavuşoğlu Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib - FOTOSESSİYA

Mövlud Çavuşoğlu Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2015 12:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, daha sonra o Şəhidlər xiyabanına gəlib, “Əbədi Məşəl” kompleksi önünə əklil qoyub. Ardınca isə Türk Şəhidliyini ziyarət edib.

Xatırladaq ki, ötən gün axşamdan Bakıda səfərdə olan Türkiyə xarici siyasət idarəsinin rəhbəri Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Xocalı faciəsinin 23-cü ildönümü münasibəti ilə türkiyəli nazir prezident İlham Əliyevlə birlikdə sabah Xocalı faciəsi qurbanları şərəfinə ucaldılmış abidəniz ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR