Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili təşkili ediləcək

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili təşkili ediləcək
# 17 iyun 2016 11:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrin imzalanmasında məqsəd uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsidir. Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2016-2017-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilməlidir.

Bu tədris planı uzun müddət təhsildən kənarda qalmış şəxslərin təhsilinin təşkilini tənzimləyir. Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunmalıdır. Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Tədris Azərbaycan dilində olan siniflərdə fərdi təhsil üzrə dərs saatlarının miqdarı 73,5, tədris rus dilində olan siniflərdə fərdi təhsil üzrə dərs saatlarının miqdarı isə 89,5-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR