Azərbaycan parlamentinin nümayəndə heyəti Çinə səfər edəcək

Azərbaycan parlamentinin nümayəndə heyəti Çinə səfər edəcək
# 20 fevral 2013 12:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Çinin Azərbaycandakı səfiri Xun Tsyuin bildirib.

Azərbaycanla Çin arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən diplomat bildirib ki, səfir kimi fəaliyyət göstərdiyi dövr ərzində 6 nümayəndə heyəti qəbul edib. Onun sözlərinə görə, son bir ildə iki ölkə arasında ticarət dövriyyəsi 120 milyon dollar olub.

Azərbaycan Təhsil Nazirliyi ilə Çin arasında təhsil sahəsində müqavilə imzalandığını xatırladan səfir qeyd edib ki, buna əsasən, bu il tələbə kvotası 15-dən 40-a çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR