Rafiq Əliyev: “İddialar Milli Şura ideyası ilə bağlı ortaq məxrəcə gəlməyə imkan vermir”

Rafiq Əliyev: “İddialar Milli Şura ideyası ilə bağlı ortaq məxrəcə gəlməyə imkan vermir”
# 15 aprel 2013 10:31 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Milli Şuranın yaradılması məsələsində bədgümanam”. Bu açıqlamanı APA-ya Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev verib.

R. Əliyev deyib ki, Milli Şuranın əsas motivasiyası demokratik düşüncəli qurumları və ya ayrı-ayrı şəxsləri ortaq məxrəcə gətirmək olsa da, bu müsbət niyyət adekvat qarşılanmır: “Bu məsələ ilə bağlı mən və dostlarımız çox çalışdıq. Amma gördük ki, Milli Şura kimi uğurlu formatın yaradılması niyyəti uğursuzluğa düçar olur. İddia bu qurumları ortaq məxrəcə gəlməyə imkan vermir. İddia o qədər yüksəkdir ki, çəpəri aşacaqlarına inanmıram. Artıq bu qənaətdəyəm”.

R. Əliyev qeyd edib ki, siyasətçilər və partiya rəhbərləri söhbətlərdə və mediaya açıqlamalarda Milli Şura ilə bağlı ictimaiyyətə hesablanmış müsbət açıqlamalar versələr də, əslində belə deyil.

O, Milli Şuranın yaradılması ilə bağlı heç bir addım atılmadığını da söyləyib: “Bu məsələ ideya kimi təqdim edildi və məlum münasibətlə qarşılaşdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR