Bank Of Baku

Lənkəranda 2 məktəbli qızı maşın vurub

Lənkəranda 2 məktəbli qızı maşın vurub
# 09 aprel 2019 14:51 (UTC +04:00)

Lənkəranda iki məktəbli avtomobillə vurulub.

ONA-nın cənub bürosundan verilən məlumata görə, qızların hər ikisi rayonun 8 saylı tam orta məktəbinin şagirdidir. Məktəbdən çıxıb evə gedərkən rayonun Lüvəsər kənd sakini, 2008-ci il təvəllüdlü Nərmin Sadiq qızı Adıgözəlova və Bəlləbur kənd sakini, 2009-cu il təvəllüdlü Xeyrənisə Hüseyn qızı Cəfərzadəni maşın vurub. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. X. Cəfərzadə bud sümüyünün yuxarı ⅓-nin çatı və bədən səthinin müxtəlif nahiyələrinin kəsilmiş-əzilmiş yaraları, N.Adıgözəlova isə çanaq sümüklərinin qapalı sınığı diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda sürücünün kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR