Sabirabadda qadını it dişləyib

Sabirabadda qadını it dişləyib
# 29 oktyabr 2015 15:14 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda 42 yaşlı qadını it dişləyib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədova Mahirə Ağadadaş qızı Sabirabad Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Qadında aşağı ətrafların və bel nahiyəsinin çoxsaylı it dişləməsi yaraları aşkar edilib. Qadına yardım göstərilib, yaralarına tikiş qoyulub və quduzluq əleyhinə vaksin vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR