Fransa prezidenti yeni hökumət formalaşdırıb

Fransa prezidenti yeni hökumət formalaşdırıb
# 27 avqust 2014 03:57 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, nazirlərin əksəriyyəti sədri Manüel Vals təyin edilən yeni hökumətin tərkibində postlarını qoruyub saxlaya bilib.

Beləliklə, yeni hökumətdə XİN rəhbəri Loran Fabius, müdafiə naziri Jan İv Le Drian, DİN rəhbəri Bernar Kaznev, maliyyə naziri Mişel Sapen qalıb. Həmçinin, ekologiya və energetika naziri Seqolen Ruayal və ədliyyə naziri Kristian Tobira öz postlarını qoruya bilib.

“İTAR-TASS”ın məlumatına görə, dəyişikliklər yalnız İqtisadiyyat və Təhsil Nazirliklərini əhatə edib. Qeyd etmək lazımdır ki, prezident Ollandın siyasətini kəskin tənqid edən məhz bu qurumların rəhbərləri Arno Montebur və Benua Amon hazırkı siyasi böhrana səbəb olublar. İqtisadiyyat naziri postunda Monteburu prezidentin sadiq tərəfdarı Emanuel Makron əvəz edib. Təhsil Nazirliyinin rəhbəri vəzifəsinə isə Fransanın tarixində ilk dəfə olaraq qadın – 36 yaşlı Nəcət Vallo-Belkasem təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR