Bayıl qəsəbəsinin su təchizatı məhdudlaşdırılır

Bayıl qəsəbəsinin su təchizatı məhdudlaşdırılır
# 15 dekabr 2014 08:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Səbail rayonunun bir hissəsinin su təchizatı məhdudlaşdırılır.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Səbail rayonu Neftçilər prospektindən keçən 500 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR