SOCAR neft hasilatını son bir ayda 5% azaldıb

SOCAR neft hasilatını son bir ayda 5% azaldıb
# 08 iyun 2015 08:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 684,2 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin aprel ayı ilə müqayisədə 0,3% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 4,6% azaldıb.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında 641,9 min ton, mart ayında isə 717,2 min ton neft hasil edilib

Bu ilin yanvar-aprel aylarında ümumilikdə 2 755,6 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk dörd ayı ilə müqayisədə 1,4% azdır.

Bu ilin aprel ayı ərzində ölkə üzrə 3 549,3 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,3% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə bu rəqəm 4,64 azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton, fevral ayında 3 293,0 min ton, mart ayında isə 3 722,1 min neft hasil edilib

Bu ilin yanvar-aprel aylarında ölkə üzrə ümumilikdə 14 232 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk dörd ayı ilə müqayisədə 0,44% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR