Bukmeker şirkəti Azərbaycanın “Eurovision 2013” təmsilçisini ilk onluğa daxil edib

Bukmeker şirkəti Azərbaycanın “Eurovision 2013” təmsilçisini ilk onluğa daxil edib
# 03 may 2013 12:18 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Dünyanın nüfuzlu bukmeker şirkəti “Eurovision-2013” müsabiqəsi ilə bağlı qalib gəlmə şansı böyük olan ölkələrin əmsallarını yeniləyib.

APA-nın məlumatına görə, dünyanın ən böyük bukmeker şirkəti sayılan “Uilyam Hill” kontoru (willhill.com) Azərbaycanı ilk onluğa daxil edib. Azərbaycanın qalib gəlmə şansı 25/1 olaraq qiymətləndirilib.

Siyahıda Azərbaycandan qabaq Danimarka, Ukrayna, Norveç, Rusiya, Hollandiya, İtaliya, Almaniya, Gürcüstan, İsveç yer alıb. Ermənistan isə 25-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın təmsil edəcək Fərid Məmmədov mayın 16-da keçiriləcək ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR