2014-cü il dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan 1,7 mlrd. manatlıq qalıq bu ilin dövlət büdcəsinin icrasında istifadə olunacaq

2014-cü il dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan 1,7 mlrd. manatlıq qalıq bu ilin dövlət büdcəsinin icrasında istifadə olunacaq
# 18 may 2015 10:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında 1 728 622 300 manat məbləğində qalıq yaranıb.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əks olunub.

Qanun layihəsinə əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 18 400 565 231, xərcləri 18 708 999 987, büdcə kəsiri isə 308 434 756 səviyyəsində göstərilib.

Qeyd edək ki, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində büdcənin vahid xəzinə hesabında yaranan 1, 729 mlrd. manat məbləğində qalıq bu ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidməti ilə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR