Bakı məktəblərində “Narkotiksiz həyat - fiziki və mənəvi kamillik” devizi altında aylıq keçirilir

Bakı məktəblərində “Narkotiksiz həyat - fiziki və mənəvi kamillik” devizi altında aylıq keçirilir
# 09 aprel 2013 12:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxt məktəblərində “Narkotiksiz həyat - fiziki və mənəvi kamillik” devizi altında aylıq keçirilir. BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aylığın keçirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, mənəvi saflığının, sağlam həyat tərzinin təmin olunması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, habelə məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq, sərxoşluq və siqaret çəkmə hallarını doğuran səbəblərin müəyyənləşdirilib aradan qaldırılması, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınmasıdır.

Artıq mart ayından start götürən bu aylıq BŞTİ sistemində fəaliyyət göstərən bütün təhsil müəssisələrini əhatə edir. Şərtlərə uyğun olaraq paytaxt şəhərin hər rayonu üzrə 1 təhsil müəssisəsində “Narkotiksiz həyat - fiziki və mənəvi kamillik” aylığı ilə əlaqədar yekun tədbir keçirilir. Rayon üzrə keçirilən yekun tədbirdə fəal iştirak edən təhsil işçiləri, məktəblilər, elan olunan müsabiqələrin qalibləri mükafatlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR