ABŞ-da 1959-cu ildə həbsxanadan qaçan şəxs saxlanılıb

ABŞ-da 1959-cu ildə həbsxanadan qaçan şəxs saxlanılıb
# 06 may 2015 01:28 (UTC +04:00)

Bakı-APA. ABŞ polisi 56 il axtarışda olan şəxsi saxlayıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Ohayo ştatının sakini Frenk Freşuoters idarə etdiyi avtomobillə piyadanı vurub öldürdüyünə görə 1957-ci ildə həbs cəzasına məhkum edilib. 1959-cu ildə həbsxanadan qaçmağa müvəffəq olan Frenk Freşuoters o vaxtdan axtarışda olub. Məlumata görə, o 1975-ci ildə Qərbi Virciniya ştatında həbs olunub, lakin qubernator naməlum səbəbdən onu ekstradisiya etməkdən imtina edib.

Onun başqa ştatın ərazisində saxlanıldığı bildirilir. Hazırda Frenk Freşuoters barəsində həbs-qətimkan tədbiri seçilib. Onun yaxın zamanda Ohayo ştatına ekstradisiya olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR