Azərbaycanda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb

Azərbaycanda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb
# 16 aprel 2013 13:40 (UTC +04:00)

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Azad Hacıyev məlumat verib.

O bildirib ki, əgər 30-40 il əvvəl çox nadir hallarda 30 yaşdan aşağı yaşda olan insanlarda infarkt və digər kardioloji xəstəliklər qeydə alınırdısa, indi bu say çoxalıb və daha cavan yaşlı insanları əhatə edir.

A.Hacıyevin sözlərinə görə, cavan insanlarda bu xəstəliklər stress nəticəsində yaranır: “Onlara ilkin yardımın göstərilməsi çox önəmlidir. Çünki köməkliklərin vaxtında edilməsi ilə onların xəstəlikdən vaxtında azad olunması imkanları var. Əgər əvvəllər 30 yaşdan aşağı 2-5 nəfər insanda ürək-damar xəstəlikləri aşkarlanırdısa, indi onların sayı 100-ə yaxındır”.

A.Hacıyev qeyd edib ki, paytaxt Bakıda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı daha çoxdur: “Bakı meqapolis olduğundan və burada insanlar stresslə daha tez-tez qarşılaşdığından, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Amma rayonlarda insanlar təbiətlə daha çox əlaqədə olduğu üçün və digər amillərin təsiri ilə onlarda xəstəlik daha az qeydə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR