BMT Baş katibi: Qəzzada münaqişə zamanı ölənlərin sayı 1800-ü ötüb

BMT Baş katibi: Qəzzada münaqişə zamanı ölənlərin sayı 1800-ü ötüb
# 06 avqust 2014 18:57 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş katibi Pan Qi Mun Baş Assambleyanın Fələstindəki vəziyyətə həsr edilmiş qeyri-formal iclasında deyib.

"1800-dən çox fələstinli öldürülüb. Onların əksəriyyətini mülki vətəndaşlar, o cümlədən qadın və uşaqlar təşkil edir. İsrail isə 3 dinc sakin və 6 hərbçisini itirib”, deyə Pan Qi Mun bildirib.

Baş katib qeyd edib ki, İsrail vətəndaşlarını müdafiə etmək üçün "qanuni hüququ" anlayır.

Bununla belə, Pan Qi Mun Qəzzada BMT obyektlərində sığınacaq tapan fələstinlilərin atəşə tutulmasını “qəbuledilməz və yersiz" adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR